18 milyon əfqanın humanitar yardıma ehtiyacı var - Tacikistan mətbuatı

18 milyon əfqanın humanitar yardıma ehtiyacı var - Tacikistan mətbuatı

“Taliban” hərəkatı artıq Əfqanıstanın 34 əyalətindən 18-nə nəzarəti tam ələ keçirib.
SİA Tacikistan mətbuatına istinadən xəbər verir ki, axşam saatlarında taliblər Loqar, Zabul və Uruzqan əyalətlərini, həmçinin mərkəzlərini Puli-Alem, Kalat və Trinkit şəhərlərini öz nəzarətinə keçirib.
Məlumatda bildirilir ki, gün ərzində taliblər Baqdis, Qur və Qilmənd əyalətlərinə, həmçinin Qəzni şəhərində daxil olublar.
Taliblər ələ keçirdikləri ərazilərdəki həbsxanalarda olan cinayətkarları azadlığa buraxırlar.
Əfqanıstan insan hüquqları üzrə Komissiyasının məlumatına görə, son bir ayda taliblər 1000-dən çox dinc sakini qətlə yetirib, 1 milyondan artıq sakin öz evlərini tərk edib. 18 milyon əfqanın humanitar yardıma ehtiyacı var.

Bütün xəbərlər Facebook səhifəmizdə