Antalyada meşə yanğını - SON DƏQİQƏ

Antalyada meşə yanğını - SON DƏQİQƏ

Türkiyənin Antalya şəhərində dəhşətli yanğın baş verib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Antalyanın Alanya bölgəsində meşə sahəsindəki baş verən yanğına müdaxilə edilir. Əraziyə yanğınsöndürmə vertolyotu, çoxlu su çiləyiciləri, yanğınsöndürən maşınlar və personal göndərilib.

Qeyd edək ki, hava və qurudan müdaxilə edilən yanğının nəzarət altına alınmasına çalışılır.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə