Bu gün ermənilər üçün başqa bir dərd də gözləmədikləri yerdən çıxıb. “Müstəqil dövlətin müstəqillik günü”nün 30-cu ildönümü yaxınlaşır, amma hələ ki, bununla bağlı heç bir səs-səmir yoxdur. Belə getsə, görünür, həmişə olduğu kimi, bu dəfə İrəvanın Respublika Meydanında keçirilən təmtəraqlı hərbi parad da olmayacaq. Hələ ki, başı içkidən ayılmayan rusların 21 sentyabr – Ermənistanın müstəqillik gününə qədər biz ermənilər üçün “qüdrətli bir ordu” yaradacağı da inandırıcı görünmür. Əslinə qalsa, bu gün bizim parada çıxarılacaq fərli bir top-tüfəngli avtomobillərimiz də yoxdur. Nə var idi, hamısını o vaxt Qarabağda qoyub qaçdıq.
Belə görünür, Nikol Paşinyan müstəqillik gününə qədər müvəqqəti olsa da, bütün bunları haradansa, kimlərdənsə icarəyə götürmək barədə də heç nə fikirləşmir.
…Deyəsən, bu hökumət Ermənistanı dünyada biabır etmək istəyir.
Budur, neçə vaxtdan bəri İrəvandakı tələbə yataqxanalarında müvəqqəti sığınacaq tapan erməni qaçqınlarını indi də yataqxanalardan çıxarırlar. Səbəb də gətirirlər ki, bəsdir havayı yaşadınız, yaxınlarda yeni tədris ili başlayır, İrəvana gəlib yataqxanada yaşayacaq xarici tələbələr, sizdən fərqli olaraq, pul ödəyirlər. Özü də xarici valyuta ilə…ona görə də onlar gələnə qədər başınızın çarəsini qılın.
Müvəqqəti olaraq yataqxanalara sığınan ermənilər də sual edirlər ki, nə ilə - yəni nə pulumuz var, nə də işimiz.
Əslində, ermənilərin bu sualı kimə ünvanladıqları mənə çatmır. Çünki əgər onlar bu sualı ölkə səlahiyyətlilərinə ünvanlayırlarsa, təbii ki, bu, yersizdir. Ona görə ki, erməni səlahiyyətlilərinin bununla bağlı təsirli tədbirlər görmək niyyətləri olsaydı, arxada qalan 9 ay ərzində bir iş görərdilər.
Bundan əlavə, vaxtilə Yaxın Şərqdə yaşayıb özünə erməni deyənləri evlərindən edib, aldadaraq “daimi yaşamaq” üçün Qarabağa gətirdən erməni səlahiyyətliləri, bunun sabahını düşünmürdülərmi? Budur, indi də ermənilər arasında “ikitirəlik”, yəni ayrıseçkilik yaranıb. Belə ki, sabiq qarabağlıları “sevməyən” ermənistanlı ermənilər Yaxın Şərqdən gələn erməniləri heç yaxına belə buraxmırlar. Hətta o gün “Ermənistan missiyası” təşkilatının səlahiyyətli nümayəndəsi Hasmik Manukyan Suriyadan aldadılaraq gətirilən erməni qaçqınlarına kirayə qalmaq üçün ödədiyi az miqdarda da olsa pulla yanaşı, onlara ev əşyaları, mətbəx qabları, gigiyena ləvazimatları da paylayıb. Nə var ki, onların “könlü sınıqdır”… tez küsürlər”.
Ermənilərin erməni səlahiyyətlilərindən bir gileyi də var: diqqət yetirin ki, hərbi əməliyyatlardan qaçaraq Ermənistanda sığınacaq tapan Qarabağ erməniləri səlahiyyətlilər tərəfindən hələ də miqrant, müvəqqəti köçkün kimi tanınır. Amma sən demə, bu, belə olmamalıdır. “Erməni uzaqgörənliyinə” görə, əgər səlahiyyətlilər onlara “qaçqın statusu” verib dünya ictimaiyyətinə “qaçqın” kimi tanıtsaydılar, bu halda Ermənistana göndərilən ianələrin qabağını yığıb-yığışdırmaq olmazdı.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB