Qazaxıstanda son 6 ayda 5 milyondan çox "Sputnik V" vaksini istehsal edilib

Qazaxıstanda son 6 ayda 5 milyondan çox "Sputnik V" vaksini istehsal edilib

Qazaxıstanın Karaqanda Əczaçılıq Kompleksi son altı ayda 5 milyondan çox “Sputnik V” koronavirus peyvəndi istehsal edib.
SİA xəbər verir ki, bu barədə müəssisənin mətbuat xidməti məlumat yayıb. Kompleks bu göstəricini 2021-ci ilin sonuna qədər əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir.
Bundan əlavə, "Sputnik V"nin Karaqandada istehsalının təşkilinin texniki cəhətdən çətin olduğu bidirilib.
Qeyd edək ki, hazırda Qazaxıstanda 5,9 milyondan çox insan birinci, 4,5 milyon nəfər isə ikinci komponentlə peyvənd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə