Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 23,5 min yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 23,5 min yoluxma halı qeydə alınıb

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 23 510 yoluxma halı qeydə alınıb.

SİA-nın "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 117 540 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 146 nəfər, hazırkı dövrədək isə 130 503 nəfər vəfat edib.

Bütün xəbərlər Facebook səhifəmizdə