Litvanın Xarici İşlər naziri Qabrielius Landsberqis Belarus spirtli içkilərinin də Avropa tərəfindən sanksiyalarına məruz qala biləcəyini istisna etməyib.
Litvalı nazirin fikrincə, bu gün Belarusun istehsal etdiyi spirtli içkilər ölkə rəhbəri Lukaşenko olmaqla onun ətrafındakılara əhəmiyyətli dərəcədə gəlir gətirir: “...ona görə də Belarus iqtisadiyyatının bu seqmentinə də sanksiyalar tətbiq oluna bilər”.
Landsberqisə görə, bu gün Belarusun istehsal etdiyi spirtli içkilər müzakirə edilməyən bir sahə olmasa da, amma bu sahəni də digər, qadağan edilmiş sektorlara daxil etmək olar: “Bu, həm Belarusiya büdcəsi, həm də rejimin özü üçün əhəmiyyətli gəlirdir, çünki Lukaşenkoya yaxın insanlar tərəfindən işğal olunub”.
Xatırladaq ki, İngiltərə, Kanada, ABŞ və bir sıra digər ölkələr qeyri -qanuni sayılan prezident seçkilərinin ildönümü münasibətilə Belarusa qarşı yeni sanksiyalar tətbiq ediblər.
Sanksiyalar başda “Belaruskali” şirkəti daxil olmaqla ölkənin neft, ağac və polad sənayesi müəssisələrinə də şamil edilib.
Qeyd edək ki, sanksiyalar paketinə ölkənin aviasiya sahəsindəki tədbirlər də daxil edilib. Belə ki, bundan sonra Belarus hava yolları İngiltərənin hava məkanından nə istifadə, nə də Britaniya hava limanlarına enə bilməyəcək.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB