Ermənilər seçim qarşısında: İranla sərhəd bağlansa…

Ermənilər seçim qarşısında: İranla sərhəd bağlansa…

Deyirlər dərd gələndə batmannan gəlir... Bu gün bəzi erməni saytlarının yazdığına bəzi ermənilər İranla sərhədin müvəqqəti də olsa bağlanmasını istəyirlər. Niyə, çünki hazırda İran ən təhlükəli epidemioloji vəziyyətə malik ölkələr siyahısına daxil edilib. Amma buna baxmayaraq, iranlılar hələ də, “turist kimi” Ermənistana axışmaqdadırlar.

Əslində, bir müddət əvvəl, dediyimiz kimi, bu gün Ermənistana “axın edən” iranlıların niyyəti başqadır. Belə ki, onların əksəriyyəti İrəvanı gəzib görməyə yox, bu ölkədə özlərini peyvənd elətdirməkdir.

Doğrudur, yenə də bir müddət bundan əvvəl Ermənistan səlahiyyətliləri İrandan peyvənd olunmağa gələnlərə məhdudiyyət qoysa da, belə görünür ki, bu, işə yaramayıb. Amma neyləyəsən ki, “nə yardan doyur, nə də əldən qoyur” prinsipini əsas tutan ermənilər İrandan Ermənistana olan 200 dollarlıq təyyarə biletindən imtina edə bilmirlər. Onu da deyək ki, bundan başqa ermənilər ölkəyə ilk giriş-çıxış üçün iranlılardan əlavə olaraq 40 dollar da alırlar.

Hazırda Ermənistan səlahiyyətliləri seçim qarşısında qalıblar: Ermənistan-İran sərhədi açıq saxlansa, bu halda ölkədə günü-gündən artan koronaviruslu xəstələrin çoxalmasının qarşısını ala bilməyəcəklər. Belə ki, hazırda imkan tapıb Ermənistandan qaça bilməyən ermənilər də bu xəstəliyin güdazına gedəcəklər.

...Və əgər Ermənistan İran sərhədini bağlasa, bu halda ermənilər yol kirəsindən başqa, iranlıların özləri ilə İrəvana gətirib xərclədikləri pul-paradan da məhrum olacaqlar. Bu isə ermənilərin koronavirusdan yox, daha çox acından ölmələrinə yol açacaq.

Yeri gəlmişkən bildirək ki, bu gün İranda koronavirusa qarşı vaksinlər daha çox qara bazarlarda, özü də çox baha qiymətə satılır. Bundan əlavə, İranın özünün icad etdiyi yerli vaksinlər isə heç bir müstəqil orqanlar tərəfindən tanınmayıb deyə, yerli iranlılar da bu vaksinlərin effektivliyinə etibar etmirlər.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə