Türkiyədə mikroavtobusun dərəyə aşması nəticəsində 6 nəfər həlak olub

Türkiyədə mikroavtobusun dərəyə aşması nəticəsində 6 nəfər həlak olub

Türkiyənin İzmir vilayətində mikroavtobusun dərəyə aşması nəticəsində 6 nəfər həlak olub.
SİA xəbər verir ki, qəza zamanı 11 nəfər müxtəlif bədən xəsarətləri alıb. Hadisə vilayətin Kamalpaşa rayonu ərazisində baş verib. Yaralılar bölgədəki xəstəxanalara yerləşdiriliblər. Onlardan bəzilərinin vəziyyəti ağırdır.
Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə