Türkiyə Quru Qoşunlarına yeni komandan təyin edildi

Türkiyə Silahlı Qüvvələrində general və admiralların sayı 240-dan 266-ya qədər artırılıb. Bu qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başçılıq etdiyi Ali Hərbi Şuranın iclasında qəbul edilib. Bu barədə SİA Türkiyənin Anadolu agentliyinə istinadən məlumat yayıb.

Şuranın qərarı ilə general Musa Avşever Türkiyənin Quru Qüvvələrinin yeni komandanı təyin edilib.

Hərbi Hava Qüvvələrinin Baş Komandanı general Həsən Kuçukakyuz və Hərbi Dəniz Qüvvələrinin Baş Komandanı admiral Adnan Özbalın səlahiyyət müddətinin bir il uzadılmasına da qərar verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə