Terrorçu Breyvik 10 il sonra: 77 insanın qatili üçün həbsxana, yoxsa?..
2011-ci ilin iyul ayı, bir yay günü norveçllərin çoxu ailələri ilə birgə qarşıdakı günləri necə keçirəcəkləri, evlərində rahatlıqlarını necə təmin edəcəkləri barədə plan qurduqları bir vaxtda paytaxt Oslonun Hökumət Məhəlləsində baş verən dəhşətli partlayışdan diksindilər.
Təxminən 500 kq ekvivalentində malik bombanın partlaması nəticəsində yaxınlıqdakı binalara ciddi ziyan dəydi, ardınca yanğın baş verdi. Polis vətəndaşlara ən qısa müddətdə şəhər mərkəzini tərk etməyə çağırış edərək hadisə yerini mühasirəyə almağa başladı.
Partlayış nəticəsində 7 nəfər yerindəcə öldü, daha bir nəfər xəstəxanaya çatdırılsa da həkimlər onun həyatını xilas edə bilmədilər, iki yüzdən çox insan yaralandı. Partlayış yerində çalışan əməliyyatçılar təsəvvür edə bilməzdilər ki, baş verənlər kabusun başlanğıcıdır.
Oslonun mərkəzində baş verən partlayışdan bir saat yarım sonra polis zabiti forması geyinmiş bir şəxs Utoya adasına gedən bərəyə tərəf gedirdi. Heç kim ondan “adaya niyə gedirsən” deyə lazımsız suala cavab almağı ağlına gətirmədi. Çünki o polisdir, istər adaya, istər digər yerlərə gedə bilər, deməli belə də olmalıdır.
Utoya adasında istirahət edənlər isə polis geyimli şəxsdən qətiyyən şübhələnmədilər. Əksinə, “polis” məqsədini aydın və inandırıcı şəkildə ifadə etdi: paytaxtdakı terror hücumundan sonra yaranan vəziyyətlə əlaqədar brifinqlər keçirəcək.

Adada olanların sayı təxminən 650 nəfər idi. Gənclərin əksəriyyəti üzv olduqları sosialist Norveç İşçi Partiyasının təşkil etdiyi düşərgənin iştirakçıları idilər. “Polis”in təhlükəsizliklə bağlı brifinq təşkil etmək təklifi olduqca məntiqli görünürdü.
Artıq onlarla düşərgə iştirakçısı "polis"in ətrafına toplaşmışdı. Bu vaxt polis mundirində olan həmin şəxs çantasından silahı çıxarıb ətrafa atəş açmağa başladı. “Brifinq”ə gələnlər tələyə düşdüklərini anlasalar da artıq gec idi. Tərslikdən adada silahlı terrorçuya müqavimət göstərə biləcək asayiş keşikçilərindən heç kim yox idi. Axı bura Norveçdir...
Xüsusi təyinatlı dəstə Utoya adasına çatana qədər, yəni 73 dəqiqə ərzində cinayətkar silahsız turistləri ovlamağa başladı. 1 saat 13 dəqiqə ərzində qatilin qurbanlarının sayı 67 nəfərə, yaralıların sayı isə 200-ə çatdı. Terrorçu xüsusi təyinatlıları və polisləri görən kimi əllərini başının arxasında çarpaz edib: "Bitirdim ...", dedi.
Bu kabusun yeganə təşkilatçısı və günahkarı, o vaxta qədər Norveçin aidiyyəti qurumlarında heç bir şübhə oyatmayan, varlı ailənin üzvü, 32 yaşlı Anders Behrinq Breyvik idi.
Bəs bütün dünyada cinayətkarın olmadığı ölkə kimi tanınan Norveçin gənc və perspektivli gəncini cinayət törətməyə nə vadar etmişdi? Gəncliyində siyasi cəhətdən aktiv olan Breyvik ənənəvi sağ partiyaların tərəfdarlarından idi və marksistlərə, müsəlmanlara, miqrantlara, homoseksuallara qarşı kəskin çıxışları ilə seçilirdi. Tərəfdarlarını həmin qruplara qarşı silahlı mübarizəyə çağırırdı.
Breyvikin hərəkətlərinin ideoloji səbəbinin 1500 səhifədən artıq "2083: Müstəqil Avropanın Bəyannaməsi" manifesti olduğu ehtimal edilir. Breyvikə görə, tam olaraq 2083-cü ildə, müsəlmanların Avropaya nüfuz etməsini dayandıran Vyana döyüşünün 400-cü ildönümündə "üçüncü cihad dalğası baş verəcək və Avropadakı marksist hegemonluq xarabalığa çevriləcək.

Dünyanın ən firavan ölkələri siyahısında ilk yerləri tutan sakit Norveç şoka düşdü. Cəmiyyətinin daxilində, hazırkı ideologiyanı qəbul etməyən, həm də fərqli düşüncəli insanların kütləvi şəkildə məhvinə çağırış edən və bu “qırmızı xətti” keçməyə cəsarət edən bir insan peyda olmuşdu.
Breyvik həbs edildi. Ancaq Norveç cinayət məcəlləsində maksimum cəza 21 il həbsdir. Məhkəmənin qərarını çoxları gülünc adlandırdı, 77 qurbanın ələ salındığına bir daha əmin oldu. Məgər insan haqları Norveçdə beləmi qorunur? Buna baxmayaraq, Breyvikə, onun törətdiyi əməllərə, qətliama görə qanunları yenidən yazmaq, redaktə etmək istəmədilər. 24 avqust 2012-ci ildə məhkəmə onu günahkar hesab etdi və cəmiyyət üçün təhlükəli olduğunu nəzərə alıb 21 il müddətinə həbsə atdı. Onu da qeyd edək ki, məhkəmə Breyvikin özünü həbsxanada necə aparacağını və əlavə cinayətlərinin üzə çıxacağını nəzərə alıb həbsin daha 5 il uzadıla bilməsi ehtimalını da şərt kimi qoydu.
Breyviklə dövlətin məhkəməsi arasında baş verən əsas mübarizə onun əslində kim olduğu sualına cavab idi. Məhkəmədə terrorçu ənənəvi Avropa dəyərlərini müdafiə etməyə hazır olan "Köhnə Avropa" təşkilatının nümayəndəsi olduğunu sübut etməyə çalışdı. Norveç səlahiyyətliləri isə Breyviki silaha sevgisi olan "həvəskar manyak" adlandırdılar.
On il sonra deyə bilərik ki, Norveç qazandı və Breyvik məğlub oldu. Hər şeydən əvvəl, sistemə qarşı nifrət etdiyini bildirməyə çalışan terrorçu dövlət tərəfindən olduqca komfortlu və humanism prinsiplərinin qorunub saxlandığı həbsxana ilə təmin edildi.

"İla" həbsxanasının bir qolunu onun üçün xüsusi olaraq ayırdılar. Breyvikin sərəncamına yataq otağı, ofis və idman salonu olan üç otaqlı 24 kvadratlıq təkadamlıq kamera verildi. Ona həyətdə gəzməyə və yazışmalara icazə verildi.
Buna baxmayaraq, 2012-ci ilin noyabr ayından başlayaraq, məhkum saxlanma şəraitini "sadist" adlandıraraq dövləti məhkəməyə verdi.
Sadizm nədir? Məsələn, Breivik ona verilən qələminin barmaqlarını sürtdüyünü iddia edirdi. Digər bir şikayətində səhər yeməyi üçün verilmiş yağın çörəyin üzərinə zəif yayıldığını və ümumiyyətlə, ona verilən yeməyin kifayət qədər qızdırılmadığını bəhanə gətirirdi. Bundan əlavə, qatilin şikayətlərindən biri də bu idi ki, üzünü təraş edərkən yanında mühafizəçilərin olması onu narahat edir, qəzəbləndirir.
2013-cü ildə Breivik şikayətlənib ki, ona digər məhbuslarla siyasətdən danışması üçün ünsiyyət qurulmasına icazə verilmir, bu da onu intihara sürükləmək deməkdir. Həbsxana rəhbərliyi də Breivikin məhkumlarla təmaslarını həqiqətən məhdudlaşdırldığını təsdiq edib və bu addımın hər iki tərəfin təhlükəsizliyi üçün atıldığını bildirib.
Terrorçu yuxarı instansiyalara şikayət və əfv olunması ilə bağlı məktublar göndərməyə davam edib. Breyvik hətta faşist partiyasını qeydiyyatdan keçirmək arzusunda olub. Amma ona bunun üçün təşkilatın özündən başqa ən az bir nəfər üzvünə də ehtiyacı olduğu izah edilib.
Cinayətkarın istək və arzuları bunula bitməyib. O universitetdə oxumaq istədiyini bildirib və rədd cavabı alıb. Müəllim və tələbələr onunla birgə oxumaqdan imtina etdikləri üçün bu istək baş tutmayıb. Breyvikə hazırlıq səviyyəsinin aşağı olması barədə məlumat verilib və ona təhsil almağı məsləhət görüblər. 2015-ci ildə o onlayn təhsil almaq şərti ilə Oslo Universitetinə qəbul edilib.
Ancaq Breyvik yenə də şikayətlərini davam etdirib. Bildirib ki, onun oyun aparatı köhnəlib və daha müasiri ilə əvəz olunmalıdır. Digər şikayəti isə ona verilən aylıq cib xərcliyinin azlığından olub. Görünür, müntəzəm olaraq məhkəməyə aparılması, müxtəlif şikayətləri terrorçunun əylənməsi üçün bir yol, bir bəhanə olub. 2018-ci ilin sonu Avropa İnsan Haqları Məhkəməsi tərəfindən "məhkumun rəftarının saxta səbəblərə görə qəbuledilməz olduğu" qərarı çıxarılıb.
Norveç mətbuatına ilk dəfə olaraq Breyvikin özü bunu açıqlamasa da, həbsxana rəhbərliyinə yazdığı məktubda günahından tövbə etdiyi barədə məlumatlar sızıb.
Əslində artıq Breivik yoxdur, 2017-ci ildə rəsmi olaraq adını dəyişib və Fjotolf Hansen olub. 2020-ci ilin payızında vəkili terrorçunun şərti olaraq vaxtından əvvəl cəzadan azad olmaq istədiyini açıqlayıb. Vəkil Hansenin uzun illər təkadamlıq kamerada oturmasını səbəb gətirib buna onun haqqı olduğunu iddia edib. Norveç qanunlarına görə, şərti azadlıqdan məhrumetmə hüququ həbs müddətindən 10 il keçəndən sonra yaranır. İbtidai istintaq müddətini də nəzərə alsaq, terrorçunun 2021-ci ilin iyul ayından etibarən azadlığa buraxılması üçün müraciət etmək hüququ var.
Düzdür, hakimiyyətin bu addımı atacağı son dərəcə şübhəlidir. Humanizmin də həddi var, deyimi hətta Norveçdə də keçərlidir. Doğrudur, müdafiəsiz insanların qatilinin azadlığa buraxılması cəmiyyətdə çoxları tərəfindən qəbul edilməyəcək. Avropanın həddindən artıq sağçıları da Breyvikə olan marağını böyük ölçüdə itirib. Təkcə bu məsələdə yox, ümumiyyətlə, Norveç cəmiyyətinin multikulturalizm siyasəti ilə bağlı kifayət qədər problemləri var. Bütün şəhər məhəllələri öz qanunları ilə yaşayan mühacirlərlə doludur. Onların yerli norveçlilərlə qarşıdurmalarının səbəbi də bəlli deyil.
Ancaq Norveçin maliyyə qaynaqları bu "münaqişə ocaqları"nı söndürməyə yetir. Bu gün Osloda siyasətçilər, hökumət nümayəndələri daxili problemlərindən çox "Rusiyanın təcavüzkarlığı" ilə maraqlanırlar. Əslində isə hökumət Rusiya mövzusunu əhalinin diqqətini daxili problemlərdən yayındırmaq üçün bilərəkdən qabardır. Rusiya uzaqdadır, Breyvik isə adını dəyişsə də Norveçdədir, norveçlilərin başının üstündədir...
V.VƏLİYEV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB