“Qorxaq it adamı qapmaqdan çox hürər...”

Harada oxuduğumu indi dəqiq xatırlamasam da, amma gərək ki, yazı çoxları üçün elə də bir yenilik olmayan erməni xainliyi, erməni alçaqlığı ilə bağlı idi. Belə ki, yazıda paxıl və xain xislətə sahib olan isanların xəstəliyinin daha murdar və daha iyrənc olduğu xatırlanırdı. Yazı müəllifinin fikrincə, adətən, paxıl və xain insanlar öz açizliklərini çox vaxt ətrafdakılarına zərər verib bununla da özlərinə “təsəlli verməkdə” görürlər. Elə... ermənilər kimi...

“Türkiyənin cənub bölgələrində başlayan meşə yanğınlarına görə məsuliyyəti PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları” qrupu üzərinə götürüb. Bu təşkilat PKK nəzdində yaransa da, daim erməniləri müdafiə edib. 2019 və 2020-ci illərdə erməniləri müdafiə edən bu terror təşkilatının maliyyəçiləri içərisində Amerika və Fransadakı erməni fondları da var”. Xatırladım ki, bu fikirlər “Axar az” xəbər portalında yer alıb.

Əslində, bu, haradasa, gözlənilən idi. Çünki onların acizlikləri özlərinə də məlumdur. İndi ermənilərin həyasızcasına Türkiyədə yaşananları “...bu fani dünyada baş verən hər şeyin məntiqi izahı var” kimi təqdim etmələri çox gülünc görünür. Bundan əlavə bu, qorxaq itin adamı qapmaqdan daha çox hürməyinə bənzəyir.

Məsələ bundadır ki, bu gün qonşu ölkələrin Türkiyənin yanında olub, ona yanğını söndürməkdə yardım etmələri də erməniləri yaman ağrıdır. Belə ki, Putinin Türkiyəki meşə yanğınları ilə mübarizədə bu ölkəyə hərtərəfli yardım göstərməyə davam edəcəkləri barədə dedikləri, Türkiyəki meşə yanğınlarından çox ermənilərin dədələrinə od qoyub.

Yeri gəlmişkən, daha bir maraqlı məqam... ötən gün yanğın zonalarından birinə olan Ərdoğan yanğından təsirlənən vətəndaşlara yardımlar ediləcəyini, dövlətin bütün imkanları ilə onların yanlarında olacağını bildirib. Bundan əlavə yanan ərazilərin başqa məqsədlə istifadə ediləcəyinə yol verilməyəcəyini bəyan edən Türkiyə Prezidenti həmən ərazilərdə təkrar meşə zolaqlarının salınacağını bildirib.

Təbii ki, ermənilər yanğından zərər çəkənlər arasında Türkiyədə yaşayan ermənilərin də olduğunu bilməmiş olmazlar. Amma neyləyəsən ki, erməni xainliyi, erməni alçaqlığı öz işini görməkdədir. Çünki bir xain kimi ev yıxıb, həyatları alt-üst etmək məhz elə ermənilərdə gendən gəlmə bir haldır. Gərək ki, belə bir deyim var: xain nə qədər nataraz bədənə sahib olsa da, çox vaxt onun bədənində siçan ürəyi qədər cəsarət belə olmaz.

Yeri gəlmişkən, bunu da deyəcəm: ...bir gün bir sican dəlikdən başını çıxarıb pişiyi görür. Qorxub yaradanının yanına qaçır, pişikdən qorxduğunu deyib onu pişik eləməsini istəyir. Yaradanı bunu pişik edir, o pişik kimi bu dəfə iti görüb qorxur..., bu dəfə it olub canavarı görüb qorxur.., canavar olub ayını görüb qorxur... və bu minvalla hətta dəvəyə qədər “ucalsa” da, amma yenə də özündən böyük nə görürsə, qorxur. Sonda yaradanı siçan ürəkli dəvəyə deyir ki, mən səni dünyanın ən qorxunc məxluquna çevirsəm də, yenə qorxu səndən əl çəkməyəcək. Cünki sən bundan sonra fil də olsan, yenə qorxacaqsan, çünki sənin bədənində gəzdirdiyin ürək siçan ürəyidir.

...Məhz bu mənada, ermənilərin həmişə “öz xoşbəxtliklərini” başqalarının bədbəxtlikləri üzərində qurmağa çalışan siçan ürəklilər olduğunu unutmaq lazım deyil...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə