Yaponiyada Atom və Hidrogen Bombalarına Qarşı Ümumdünya Konqresi keçirilir

Yaponiyada Atom və Hidrogen Bombalarına Qarşı Ümumdünya Konqresi keçirilir

Yaponiyada Hiroşima və Naqasaki şəhərlərinə atom bombası atılmasının 76-cı ildönümü ərəfəsində Atom və Hidrogen Bombalarına Qarşı Ümumdünya Konqresi keçirilir.

SİA xarici KİV-lərə istinadla xəbər verir ki, hər il avqust ayında nüvə silahına qarşı olan qüvvələr Hiroşima və ya Naqasaki şəhərlərindən birimdə toplaşırlar. Cari ildə konqres Yaponiyanın şimal-şərqində yerləşən Fukuşima şəhərində başlayıb.
Bildirilir ki, avqustun 1-də işə başlayan tədbir birbaşa yayım sistemi vasitəsilə translyasiya edilib.
Atom və Hidrogen Bombalarına Qarşı Ümumdünya Konqresinin bu il də bütün dünyaya sülh və atom elektrik stansiyalarından, nüvə silahından və müharibələrdən azad cəmiyyət qurulması üçün müraciət edəcəyi gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə