Türkiyənin Muğla vilayətində 4,5 bal gücündə zəlzələ baş verib

Türkiyənin Muğla vilayətində 4,5 bal gücündə zəlzələ olub.

SİA-nın Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) istinadən verdiyi məlumata görə, zəlzələ yerli vaxtla 22:57-də qeydə alınıb.

Episentri Muğlanın Datça rayonunda qeydə alınan zəlzələ yerin 3,2 kilometr dərinliyində baş verib.

Bütün xəbərlər Facebook səhifəmizdə