Əsası hələ 1975-ci ildə Didye Tryuşo tərəfindən qurulan “IPSOS” beynəlxalq araşdırma şirkəti bu günlərdə dünyanın 25 ölkəsində sorğu keçirib. Əvvəla bildirim ki, sorğuya dünyanın ən şox əhaliyə malik olan dövlərləri- ABŞ, Çin və Hindistan qatılmyıblar. Əslində, şirkət özü münasib bilməyib.
Beləliklə, ilk olaraq, sorğuda rəyi soruşulanların əksəriyyəti bugünkü dünyamızda baş alıb gedən populizm və şovinizmdən giley ediblər. Bərabərsizlikdən qəzəblənib, siyasətçilərə güvənməyən əksər sorğu iştirakçıları cəmiyyətlərdəki parçalanmanı da qeyd ediblər. Onlar daha çox son illər artan xəstəliklərdən şikayətləniblər.
Yeri gəlmişkən bildirək ki, daha çox Rusiyaya tənqidi baxışı ilə tanınan “IPSOS” sosioloji fransız mərkəzi bu sorğuda da populizm və şovinizmin mənfi göstəricilərinin ən çox Rusiyada hökmran olduğunu bildirib. Amma Macarıstan və Braziliyanı da ruslara qatmaqla onları “mənfi göstərici”lər sırasında “tək qoymaq istəməyib.”
Maraqlıdır ki, rəyi öyrənilən 25 ölkənin əksəriyyətində vətəndaşlar ölkələri haqqında düşünəndə özlərini vətənlərində yad kimi hiss etdiklərini bildiriblər. Respondentlərin 56 faizi isə yaşadıqları cəmiyyətin parçalanmış olduğuna və ümumiyyətlə, ölkələrinin tənəzzülə uğradığını güman edirlər. Əslində, onlar buna güman yox, inam kimi baxdıqlarını da gizlətmirlər.
Qeyd edim ki, sorğuya qatılan rusların 78 faizi bu gün Rusiya iqtisadiyyatının ancaq ölkədəki zəngin və hər cür imkanı olanlara işlədiyini bildiriblər. Rusların 72 faizi bugünkü rus cəmiyyətində ənənəvi siyasətçi və partiyaların sadə insanlara əhəmiyyət vermədiyini, yəni onları saymadıqlarını, 73 faizi isə ölkədəki rus mütəxəssislərinin adi həyatı anlamadıqlarını söyləyiblər. O da maraqlıdır ki, rəyi soruşulan rusların 67 faizi bu gün Rusiyanı varlı və imkanlıların əlindən almaq və ümumiyyətlə, ölkədəki vəziyyəti düzəltmək üçün güclü bir liderə ehtiyac duyulduğunu bildiriblər.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB