Fransada peyvəndlənmə prosesi sürətlənməsə, sentyabrda xəstəlik pik həddə çatacaq

Fransanın Pastör İnstitutunun mütəxəssisləri sentyabrda xəstəxanalara gündəlik 4800 koronaivrus xəstəsinin daxil olacağını proqnozlaşdırıblar. Onların fikrincə, gündəlik 500 min insan peyvənd edilərsə, sentyabrda epidemiyanın dördüncü dalğasının pik həddi yaşanacaq. Gündəlik 700 min nəfər peyvənd olunsa isə, o zaman xəstələrin sayı iki dəfə az olacaq.
SİA xəbər verir ki, bununla belə Pastör İnstitutu reanimasiya şöbələrində vəziyyəti kritik olan ən azı 5400 xəstənin yerləşəcəyini və vəziyyətin ikinci dalğanın pik dövrünə uyğun olacağını proqnozlaşdırıb.
Virusun yayılmasının qarşısını almaq məqsədilə peyvəndlə yanaşı, sanitar qaydalara riayət olunmasının əhəmiyyəti vurğulanıb.
Ölkənin digər regionlarında son günlər xəstəxanalarda koronavirus xəstələrinin sayının yenidən artdığı bildirilir. İyun ayında reanimasiya şöbələrinə virus xəstəsi qəbul olunmasa da, son günlər bu prosesin yenidən başladığı diqqətə çatdırılıb. Vurğulanıb ki, reanimasiyadakı xəstələrin 90 faizi peyvənd olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...