Siqaret satışı qadağan edilsin - ÇAĞIRIŞ

Siqaret satışı qadağan edilsin - ÇAĞIRIŞ

"Philip Morris İnternational" şirkəti İngiltərədə istehsal etdikləri bütün siqaretlərin satışını 2030-cu ilə qədər bitirəcəklərini açıqlayıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu şirkətin rəsmisi Olzak açıqlamasında deyib.

O bildirib ki, İngiltərədəki siqaret problemini ən çox 10 il içərisində tamamilə həll edə bilərik. Olzak həmçinin hökuməti siqaret satışını qadağan etməyə çağırıb. İngiltərə hökuməti 2019-cu ilin iyul ayında parlamentə təqdim etdiyi bir mətndə İngiltərəni 2030-cu ilə qədər, Şotlandiyanı isə 2034-cü ilə qədər "tüstüsüz" etmək hədəfini açıqlayıb. Bu çərçivədə, orta yaşlılarda 14% olan siqaret çəkmə nisbətini 5%-ə azaltmaq hədəflənir.

Qeyd edək ki, 153 milyard dollar dəyərində olan "Philip Morrisin" bir çox siqaret markası var. "Philip Morris İnternational" bir müddətdir ki, bir transformasiya strategiyası həyata keçirir. Ayın əvvəlində şirkət, ingilis astma dərmanı istehsalçısı "Vektura"nı almaq üçün təxminən 1,5 milyon funt sterlinq təklif edib.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə