ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi, qanunsuz immiqrant ailələri üçün sürətləndirilmiş deportasiya prosedurunun bərpa edildiyini bəyan edib.
Belə ki, nazirliyin məlumatına görə, artıq dünəndən başlayaraq, Amerikada yaşayan bəzi ailələr sürətləndirilmiş deportasiya proseduruna tabedirlər. Qeyd edək ki, sürətli deportasiya, ABŞ-da olmaq üçün heç bir qanuni əsası olmayan ailələrin qovulması üçün qanuni bir prosedurdur. SİA bu barədə TASS-a istinadən xəbər verir.
…Mən burada Amerikaya başqa ölkələrdən gələn immiqrantlarla bağlı maraqlı bir nüansa toxunmaq istərdim. Hər şeydən əvvəl bildirım ki, son illər Amerikaya köçüb orada yaşayıb işləyənlərin sosial-mədəni tərkibi artıq xeyli dəyişib. Belə ki, əvəllər ABŞ-a daha çox aşağı kvalifikasiyalı, aşağı təhsilli insanlar gəlirdilərsə, bu gün artıq bu ölkəyə bilik axını kütləvi xarakter almaqdadır. Müqayisə üçün bildirək ki, təkcə ötən əsrin 80-ci illərində ABŞ-a 1,5 milyona qədər yüksək təhsilli insan işləmək üçün gəlib. Əslində, bu ölkə özünün ayrı-ayrı sahələrindəki inkişafına görə, daha çox immiqrantlara borclu olmalıdır. Çünki mühəndis və kompüter, eləcə də digər sahələrin yüksək ixtisaslı mütəxəssisləri ölkə iqtisadiyyatının, səhiyyəsinin, ədəbiyyatının, eləcə də, lap elə incəsənətinin də inkişafını sürətləndirib.
Amma nə deyəsən ki, bu gün ABŞ rəhbərliyi təhlükəsiz, nizamlı və insani bir immiqrasiya sistemi yaratmaq üçün çalışdığını bildirir.
Yeri gəlmişkən, ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyi atdığı addıma haqq qazandırmaq üçün əsas da gətirir.
Belə ki, bu gün Cozef Baydenin hazırkı administrasiyası Meksikadan ABŞ-a qeyri-qanuni yollarla girməyə çalışan insanlar axınının artması fonunda ciddi şəkildə tənqid olunur.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB