ABŞ ilə İraq arasındakı tərəfdaşlıq güclənib BAYDEN BƏYAN EDİB

ABŞ ilə İraq arasındakı tərəfdaşlıq güclənib BAYDEN BƏYAN EDİB

ABŞ prezidenti Co Bayden, xüsusilə İraqla peyvənd və seçki mövzusunda əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu söyləyib. SİA xəbər verir ki, bu barədə Bayden, İraqın baş naziri Mustafa əl-Kazemi ilə görüşdə deyib.

"Mənim adminstrasiyam əməkdaşlığı gücləndirmək niyyətindədir", deyə Bayden bildirib.

"Seçkilərin oktyabr ayında planlaşdırıldığı kimi keçməsini necə təmin edəcəyimizdən narahatıq", deyə ABŞ prezidenti əlavə edib.

O, həmçinin İraqa koronavirus peyvəndi də verəcəyini vəd edib.

"Tezliklə peyvənd çatdırılacaq", deyə Bayden peyvənd barədə də fikirlərini ifadə edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə