ABŞ-da yayılan "super göbələk" xəstəliyi nədir?

ABŞ-da yayılan "super göbələk" xəstəliyi nədir?

ABŞ-da bəzi xəstəxanalarda dərmanlara qarşı müqavimətli olduğu deyilən “Kandida auris” göbələk virusuna yoluxmanın ortaya çıxması səhiyyə işçilərini narahat edir. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alma Mərkəzləri (CDC) Texasdakı iki səhiyyə müəssisəsində və Vaşinqtonda uzun müddətli müalicə mərkəzində bütün dərmanlara qarşı müqavimətli “Kandida auris”a yoluxma aşkarlayıb.

“Kandida auris”in müalicəsi çoxdan məlum olduğu qədər çətin olsa da, tədqiqatçılar Texas və Vaşinqtondakı infeksiyaların üç əsas antifunqal dərmanın heç birinə cavab vermədiyi barədə xəbərdarlıq ediblər.

İlk dəfə 2009-cu ildə Yaponiyada aşkarlanan və fərqli ölkələrə yayılan bu "super göbələk" xüsusilə müqaviməti və sürətlə çoxalma qabiliyyəti sayəsində "qlobal sağlamlıq üçün ciddi bir təhlükə" yaradır.

Federal səhiyyə işçiləri koronavirus epidemiyasının qarşısını almaq üçün mübarizə aparan xəstəxanalar və qocalar evlərində göbələklərin yayılma riskinin artdığını bildiriblər.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə