“İncə duyğulara” əsaslanan erməni-fransız dostluğu...

“İncə duyğulara” əsaslanan erməni-fransız dostluğu...

...Verilən məlumatlara görə, son zamanlar Azərbaycan təşkilatlarının Fransada fəaliyyətə başlaması Fransada yaşayan erməniləri çox narahat erməyə başlayıb. Amma ermənilər erməni jurnalist Tiqran Yekavyanın “Fransa ilə Azərbaycan arasındakı münasibətlərin işgüzar əlaqə və investisiyalara, Ermənistanla isə duyğulara əsaslandığını” önə cəkərək özlərinə təsəlli verməyə çalışırlar. Təbii ki, erməni Tiqran “işgüzar əlaqə və investisiyalar” deyərkən, qisqanclıqla da olsa, Bakının Normandiyada bir neçə kilsənin bərpası üçün vəsait ayırdığını etiraf edir.

Xatırladaq ki, Fransadakı növbəti prezident seçkiləri 2022-ci il aprelin 10-da keçiriləcək. Bu gün təkcə Fransadakı ermənilər deyil, həm də bu ölkədən kənarda yaşayan əksər ermənilər də Emmanuel Makronun yenidən prezident seçilməsi üçün dəridən-qabıqdan çıxırlar. Amma, o da etiraf edilməlidir ki, son zamanlar Fransada baş qaldıran etirazlar Makrondan əvvəlki dövlət rəhbərlərinin dövründə yaşanmayıb deyə bu da indiki fransız prezidentini çox narahat edir. Təbii ki, bunu təkcə Fransadakı yox, elə Ermənistandakı ermənilərlər də yaxşı görüb və anlayırlar.

Amma buna baxmayaraq, Makron, elə günü bu gün də “duyğu” verdiyi bir xalqın, yəni ermənilərin “köməyindən” yararlanmağa çalışmaq istəyir.

Maraqlıdır ki, bəzi avropalı mütəxəssislər bir müddət bundan əvvəl Avropa Şurasının rəhbəri fransız Şarl Mişelin Ermənistana vəd etdiyi 2.6 milyard avronun bir hissəsinin Makronun seçki kampaniyası üçün yaradılan “qara qutu”ya atılacağını istisna etmirlər.

...Təbii ki, bu gün kənarda özlırinə dayaq tapmaq üçün hər yola baş vuran erməniləri, şübhəsiz bu da qane edir.

Təsadüfi deyil ki, ermənilər fransızların balaca bacıları olduqları ilə hələ də qürur duyduqlarını gizlətmirlər.

Amma... Azərbaycan təşkilatlarının Fransada fəaliyyətə başlayıb və bu fəaliyyətlərini günü-gündən genişləndirməri erməniləri yaman qıcıqlandırır. Azərbaycanın Fransaya tələbə göndərib və fransız dili təhsilini Bakıda genişləndirərək yeni fransızdilli elit hazırlaması onlara yaman yer eləyir. Onlar Ermənistan-diaspora ilə Ermənistan-Fransa arasındakı münasibətlərin zəif olduğunu iddia edib, erməniləri bu qurmlar arasında əlaqələri genişləndirməyə çağırırlar.

Onu da qeyd edək ki, fransız ermənilərinin “faydasız çapalamalarına” baxmayaraq, bir müddət bundan əvvəl Fransa parlamentinin nümayəndə heyəti işğaldan azad edilən Ağdamı ziyarət ediblər. Sonradan fransalı deputat Jerom Lamber nümayəndə heyətinin erməni işğalından azad edilmiş ərazilərdə gördüklərindən dəhşətə gəldiyini etiraf edib.

P.S: Erməni iddialarına görə, bu gün Fransada yaşayan ermənilərin ümumi sayı, guya artıq yarım milyonu keçib. Bəlkə də, bu belədir. Məsələn ermənilərin başqa bir iddialarına görə, Fransanın cənubundakı Marsel şəhərində, 16 bələdiyyə bölgəsindən 6-sında əhalinin əksəriyyətini ermənilər təşkil edir. Marseldə erməni adları olan 18 küçə, 12 fəal erməni kilsəsi var. Lyon şəhərində təxminən 100 min erməni yaşayır ki. onların da qəzet və radioları fəaliyyət göstərir və s.və i...

...Burada maraqlısı bilirsiniz nədir: bu qədər erməninin hələ ki, sakit oturmaları, yəni Fransa dövlətindən bu yerlərin “qədim erməni torpağı” olduğunu iddia edib “tutarlı faktlar” gətirməmələri...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə