İndoneziyanın kiçik Sunda adalarının şərq hissəsində yerləşən şərqi Nusa Tenqqara şəhərindəki Levotolok vulkanının püskürməsi bölgədəki 28 kənddən 2800 nəfərin evlərini tərk etməsinə səbəb olub. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, partlayışda püskürən kül və tüstünün vulkan kraterindən 4000 metr yüksəkliyə çatdığı bildirilib.
Paytaxt Cakartadan 2600 kilometr uzaqlıqda olan vulkanın püskürməsi bölgədə yaşayan insanlar arasında ciddi qorxu və çaxnaşmaya səbəb olub. Partlayışdan sonra yerli hava limanı uçuşlara bağlanıb.
Yerli hökumət insanları 4 kilometr genişlikdə olan vulkanın ətrafından uzaq durmağa çağırıb.
Xatırladaq ki, İndoneziya bu baxımdan püskürmə potensialına malik 130 vulkanla dünyada birinci yerdədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB