Əmək miqrantları üçün Rusiyaya giriş sadələşdirilir

Əmək miqrantları üçün Rusiyaya giriş sadələşdirilir

Həmişə olduğu kimi, bu gün də əməkçi miqrant problemi ilə üzləşən Rusiya rəhbərliyi əmək miqrantları üçün ölkəyə girişini sadələşdirməyə qərar verib. Bildirək ki, bu barədə Rusiya Baş nazirinin müavini Marat Xusnullin “İnstaqram” səhifəsində bildirib.

Onun sözlərinə görə, bu qərar tikinti sahələrində işçi qüvvəsi çatışmazlığı ilə əlaqədardır. Qeyd edək ki, bu gün Rusiyanın inşaat sahələrində işləmək üçün işçi tapılmadığını etiraf edən nazir müavinin sözlərinə görə, hazırda bu sahəyə 2 milyon yaxın işçi tələb olunur.

“Düşünürəm ki, yaxın bir ayda işçiləri inşaat sahələrinə gətirmə prosedurunu sadələşdirəcəyik”-deyən rusiyalı nazir müavini bu gün Rusiyada bənzər bir bum səbəbiylə inşaat inflyasiyasında bir artım olduğunu da gizlətməyib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə