ABŞ prezidenti Co Bayden Çin səlahiyyətlilərini kiberhücumları dəstəkləməkdə günahlandırıb. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bazar ertəsi günortadan sonra, Avropa Birliyi və ABŞ Çini özəl şirkətlərə və dövlət qurumlarına qarşı şəbəkə hücumlarında günahlandırıb.
"Mənim bildiyim qədər Çin hökuməti onlara, hakerlərə kömək edir, Rusiya hökumətindən fərqli olaraq, bunu özü etməyir, lakin, hətta edənlərə sığınacaq da verir", deyə Amerika lideri bəyan edib.
AB, Çin ərazisindən əlaqələndirildiyi iddia edilən "zərərli kiber fəaliyyətə" məruz qaldığını söylədi.
Xatırladaq ki, kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, ABŞ, öz növbəsində, ÇXR hökuməti ilə əlaqəli olduğu iddia edilən kiber cinayətkarların internetdə özəl şirkətlərə qarşı haker proqramı ilə əməliyyatlar apardığına dair məlumatlara sahib olduqlarını iddia edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB