Səudiyyə Ərəbistanda Həcc ziyarəti davam edir. SİA xarici mətbuata istinadən xəbər verir ki, ilk təvaflarını Kəbədə etdikdən sonra sosial məsafəni gözləyən hacılar Məkkədən təqribən beş kilometr məsafədə olan Minaya gediblər. Minada steril çadırlarda gecələyəcək hacı namizədləri bu gün Ərafatı ziyarət edəcək. Həcc ziyarəti davam edərkən Məscidül-Həram və Məscid-i Nəbəvi İşləri Ümumi Müdirliyi, hər il olduğu kimi Kəbənin örtüyünün dəyişdirilməsi üzərində işə başlayıb.
Rəhbərlik tərəfindən edilən açıqlamada Kəbənin örtüyünün dəyişdirilməsi üçün işlərin bu axşam başladıldığı və örtüyün 200 işçi tərəfindən dəyişdiriləcəyi ifadə edilib. Səudiyyə Həcc Nazirliyinin sözçüsü Hişam Səid "Covid-19" virusuna qarşı razılaşdırılmış tədbirlərin həyata keçirilməsi ilə Həcc mövsümünün planlaşdırıldığı kimi keçdiyini bildirib.
Kəbənin örtüyü ənənəvi olaraq hər il həcc ərəfəsində zəvvarların fədakarlıq göstərdiyi vaxt dəyişdirilir.
Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB