Son sutkada 132 nəfər virusa yoluxub - ERMƏNİSTANDA

Son sutkada 132 nəfər virusa yoluxub - ERMƏNİSTANDA

Ermənistanda son sutka ərzində daha 132 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub. SİA “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 227 430 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 7 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4 566-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1112 nəfərdir. Aktiv xəstələrin sayı 3421 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə