Dəhşətli qasırğa - 47 NƏFƏR İTKİN DÜŞÜB

Dəhşətli qasırğa - 47 NƏFƏR İTKİN DÜŞÜB

İndoneziyanın Qərbi Kalimantan regionunda qasırğa baş verib. SİA xarici mətbuata istinadən xəbər verir ki, qasırğa səbəbi ilə çoxsayda balıqçı qayığı aşıb. Nəticədə 9 nəfər ölüb və 47 nəfər itkin düşüb. Zabitlərin bu günə qədər 80 balıqçını xilas etdikləri və 9 nəfərin cəsədlərinin tapıldığı bildirilib. 47 nəfərin axtarışının isə davam etdiyini bildirib. Dənizdən çıxan qayıqlardan 6-nın limana aparıldığı da elan edilib.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə