“...Bu gün Rusiyada 9 milyondan artıq rus qida çatışmazlığı və ya az qidalanma şəraitində yaşayır”. Qeyd edək ki, bu barədə UNICEF-in dünyada qida təhlükəsizliyinə dair hesabatında deyilir. Onu da bildirək ki, təşkilat, bu rəqəmi rəsmi Rusiya statistikalarındakı məlumatlara əsaslanaraq bildirir.
Beləliklə, hesabatda 2018-2020-ci illərdə 400 min Rusiya vətəndaşının “həddindən artıq həssaslıq” qrupuna mənsub olduğu qeyd edilib - yəni UNİCEF-ə görə, Rusiyada aclıq həddində olan rusların sayı 400 mindir.
Belə ki, bu kateqoriyaya daxil olan insanlar pul və ya digər mənbələrin olmaması səbəbindən qida qəbulunu məhdudlaşdırmağa, yəni yeməyi azaltmağa və ya ümumiyyətlə, yeməməyə məcbur olurlar.
Təşkilatın hesabatında o da qeyd olunur ki, bu gün şimal qonşumuzda daha 8.8 milyon rusiyalı hələ də “orta zəiflik” qrupundadırlar. Yəni onlar qidadan tamamilə imtina etmək məcburiyyətində olmasalar da, ancaq qida qəbulunu azaldaraq bunu keyfiyyətsiz qidalarla əvəzləməklə pula qənaət edirlər.
...Amma bütün bunlara baxmayaraq, UNİCEF-in hesabatına görə, Rusiyada birbaşa ac adamın olmadığı da bildirilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB