Haiti prezidentinin qətli ilə bağlı həbs edilənlərdən biri ABŞ-la əlaqəli olub

Haiti prezidentinin qətli ilə bağlı həbs edilənlərdən biri ABŞ-la əlaqəli olub

Haiti Prezidenti Jovenel Moizə sui-qəsd cəhdində şübhəli bilinərək həbs olunan Haiti əsilli ABŞ vətəndaşı əvvəllər amerikan təhlükəsizlik qüvvələrindən biri ilə əlaqəli olub.

SİA-nın "TASS" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ hökumətindəki mənbə bildirib.

Mənbə hansı növ əlaqənin olduğunu açıqlamayıb.

Xatırladaq ki, Haiti prezidenti Jovenel Moiz iyulun 7-nə keçən gecə öz iqamətgahında öldürülüb. Qətldə 18 kolumbiyalı və iki haitili məşəli amerikalının iştirak etdikləri bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə