Prezident tərəfdarlarına çağırış etdi ETİRAZÇILARLA DİALOQ ÜÇÜN

Prezident tərəfdarlarına çağırış etdi ETİRAZÇILARLA DİALOQ ÜÇÜN

Hakimiyyət etirazçılarla, vətəndaşlarla, kubalılarla qarşıdurma hədəfləməyib, hansıki bir gün əvvəl hökumət əleyhinə nümayişlərdə küçə zorakılığına məruz qalaraq inqilabını və vətəndaş hüquqlarını müdafiə etmək üçün çıxmışdılar. SİA xəbər verir ki, bunu Kuba prezidenti Miqel Dias-Kanel bəyan edib.

"Siyasi bir həll yolu axtarmadığımızı və insanları başqa insanlara qarşı çıxmaq üçün küçələrə apardığımızı iddia edərək bizi günahlandırırlar. İnsanları başqalarına qarşı çağırmırıq, əksinə insanları inqilabını və haqlarını müdafiə etməyə çağırırıq. Dərrakıli, düşüncəli insanlar bizi eşitdi", deyə ölkə prezidenti bildirib.

Siyasətçiyə görə, həm inqilabçılar, həm də inqilabın əleyhdarları üçün bir çox etiraz forması var, lakin dünən Kubada dinc aksiyalar yox, şiddət və vandalizm var idi.

"Şiddətli və ya zorakı hərəkətlərə çağırmadıq. İnsanlar zorakılıqla üzləşdikləri üçün getdilər, özlərini və hüquqlarını müdafiə etdilər. İğtişaşların məqsədi xalqı, ölkəni, hökuməti və partiyanı parçalamaqdır", deyə Dias-Kanel əlavə edib.

Xatırladaq ki, uzun illər boyunca birinci dəfədir ki, Kubada minlərlə insanın iştirak etdiyi geniş miqyaslı etiraz aksiyaları keçirilib və bu bazar günü baş tutub. Etirazçıların tələbləri arasında "azad seçkilərin keçirilməsi" və sosial problemlərin həlli də var. Yerli mətbuatda yer alan xəbərlərə görə, Havana da daxil olmaqla adanın səkkiz şəhərində etiraz və izdiham olduğu bildirilir. Buna cavab olaraq, prezidentin küçələrə çıxmaq və təxribatlara qarşı mübarizə çağırışından sonra hökumət tərəfdarları və kommunistlər ölkənin şəhərlərində öz yürüşlərini ediblər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə