Dövlət başçısının qətlindən sonra ABŞ HEYƏT GÖNDƏRİR

Dövlət başçısının qətlindən sonra ABŞ HEYƏT GÖNDƏRİR

Haitiyə gələn Amerika nümayəndə heyəti, bu çətin dövrdə ölkənin səlahiyyətlilərinə və sadə insanlara dəstək verməyə hazırdır. SİA xəbər verir ki, Ağ Evin saytında yer alan məlumatda belə deyilir.

Məlumayda qeyd olunur ki, 11 İyulda, Ədliyyə Nazirliyi, Dövlət Departamenti, Daxili Təhlükəsizlik Departamenti və Milli Təhlükəsizlik Şurasından olan Amerika idarələrarası nümayəndə heyəti Haitiyə gəlib. Amerikalılar baş nazir vəzifəsini icra edən Klod Jozef və vəzifəsinə hələ başlamayan ölkənin Nazirlər Kabinetinin təyin olunmuş rəhbəri Ariel Henri ilə artıq görüşüblər.

"Heyət bütün görüşlərində Haiti hökumətinə bu vəziyyətdə ədalət axtarışında dəstək verəcəklərini və bu çətin anda Haiti xalqının dəstəyini təsdiqlədiklərini söyləyib", deyə məlumatda bildirilir.

Xatırladaq ki, Haiti prezidenti iyulun 7-nə keçən gecə iqamətgahına edilən hücum nəticəsində ölümcül, birinci xanım Martin Moise də ağır yaralanıb, ümumilikdə, dövlət başçısı Jovenel Moise-nin qətl hadisəsində ən azı ikisi Amerika mənşəli olmaqla 17 nəfər nəzarətə alınıb. birinci xanım Martin Moise müalicə üçün Mayamiyə göndərilib. Fövqəladə vəziyyətlə əlaqədar olaraq fəaliyyət göstərən Haitinin baş naziri müvəqqəti olaraq hakimiyyəti tam ələ alıb və respublika ərazisində hərbi vəziyyət tətbiq olunduğunu elan edib. O, həmçinin BMT Təhlükəsizlik Şurasının iclasını çağırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə