Dəhşətli ildırım hər yeri dağıdıb

Dəhşətli ildırım hər yeri dağıdıb

Hindistanın Jaypur vilayətində ildırımın düşməsi nəticəsində 16 nəfər vəfat edib. SİA xəbər verir ki, ildırım düşməsi səbəbi ilə Uttar Pradeş və Madya Pradeş ərazilərində ölənlər var. Rəsmi məlumatlara görə, ildə 2000 nəfər ildırım düşməsi səbəbi ilə həyatlarını itirir. Polisin verdiyi məlumata görə, "Fort Tover"də ölənlərin əksəriyyəti gənclər olub. İnisident baş verəndə 27 insan "Fort Tover"in yuxarısında olub. Onlardan bəziləri hadisə zamanı qaladan yerə düşüb.

Şənbə günü Jaypur vilayətində yerləşən Racəstanda daha 9 ölü haqqında yerli media xəbər verib. Əksəriyyəti qadın və uşaqlar olmaqla 41 nəfər Uttar Pradeş ərazisində ölüb. Madya Pradeşdə isə ölüm nəticəsi 7 nəfər olub. Yəni, Uttar Pradeş və Madya Pradeş ərazilərində ölüm sayı daha yüksəkdir. Ekspertlər bunun səbəbini bu ərazilərdə əkinçiliklə fəaliyyət göstərən insanların sayında görüb. Hindistan Baş naziri Narendra Modi ölənlərin ailəsinə başsağlığı verib.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə