Türkiyənin İstanbul şəhərində Surp Takavor kilsəsinə dırmaşaraq uyğunsuz davranışlar göstərən 3 nəfərin həbsi təsdiqlənib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İstanbul rəsmilərinin verdiyi açıqlamada "11.07.2021-ci il tarixində Caferağa məhəlləsi xalkedon meydanında, Surp Takavor erməni kilsəsinə gələn şəxslərin giriş qapısının üstünə çıxaraq uyğunsuz davranış nümayiş etdirdikləri təyin olunub. Məlumata görə, şübhəlilər 12.07.2021-ci il tarixində evlərində tutulub. Məsələ ilə əlaqədar məhkəmə və inzibati istintaq başladılıb. İbadət yerinə qarşı edilən bu çirkin davranışı qınayırıq"-ifadə edilib.
Daxili işlər naziri Süleyman Soylu açıqlamasında belə deyib: "Kilsə İdarə Heyətinin sədri Arman Bükücüyanla görüşdüm və Kadıköydəki erməni kilsəsinə hörmətsizlik üçün kədərləndiyimi ifadə etdim".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB