Avropa Birliyi Rusiyaya qarşı iqtisadi sanksiyaları 31 yanvar 2022-ci ilə qədər uzadıb. SİA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Avropa mənbələri məlumat verib.
"Bəli, sanksiyalar uzadıldı", xəbərdə deyilir.
Qeyd edək ki, Avropa ölkələrinin liderləri 24-25 iyunda keçirilən sammitdə belə bir qərara gəliblər. Bundan əvvəl AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə xüsusi nümayəndəsi Josep Borrell AB ölkələrini Rusiya və Çinin müraciət etdiyi iddia edilən "peyvənd diplomatiyasına" cavab verməyə çağırıb.
Bundan əvvəl Borrell Avropa Şurasının tələbi ilə Avropa Komissiyası ilə birgə yaxın aylarda Rusiyaya qarşı yeni sanksiyalar üzərində işləyəcəklərini açıqlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB