Fransada koronavirusun "Delta" ştammına yoluxanların sayı ümumi yoluxanların sayının yarısına bərabərdir. SİA xəbər verir ki, bu haqda səhiyyə naziri Veran yerli radioya məlumat verib.
O deyib ki, virusun "Delta" növü ötən yaz mövcud olan virusdan daha yoluxucudur. O, həmçinin Covid-19 ilə bağlı xəstəxanaya müraciətlərin azaldığını qeyd edib. Hazırda yoluxanların sayı 3 mindir. Bu sayın 1 həftədə altı min, 2 həftəyə on iki minə qədər artacağı gözlənilir. Əgər tədbirlər görülməsə, yoluxma avqustda gündə iyirmi min ola bilər. Fransa Səhiyyə Nazirliyinin yaydığı statistikaya əsasən, 27 dekabr 2020-ci ildən bu yana 35 milyon 722 min sakinə vaksin vurulub.
Turqay Musayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB