Haiti polisi ölkə prezidentinə qarşı sui-qəsdin koordinatorunu saxlayıb
Haiti hüquq-mühafizə orqanı əməkdaşları ölkə prezidenti Jovenel Moizaya qarşı sui-qəsd əməliyyatının koordinatoru olduğu ehtimal edilən şəxsi saxlayıblar.
SİA-nın məlumatına görə, bu barədə mətbuat konfransı zamanı Haiti Milli Polisinin rəhbəri Leon Şarl deyib.
Polis rəisi qeyd edib ki, saxlanılan şəxs Haiti vətəndaşıdır və onu "qətl planı hazırlayanlar"dan biri adlandırıb.
Qeyd edək ki, Haiti prezidenti iyulun 7-də naməlum şəxslərin onun iqamətgahına hücumu nəticəsində qətlə yetirilib. Hücum zamanı ölkənin birinci xanımı Martin Moiz da yaralanıb və xəstəxanaya yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB