Deyəsən, Koçaryanın “çulu” batmaqdadır...

Deyəsən, Koçaryanın “çulu” batmaqdadır...

Bildirək ki, ermənilərin 20 iyunda keçirilən erkən parlament seçkiləri ilə bağlı oyunları hələ ki, bitməyib. Belə ki, bir müddət bundan əvvəl Nikol Paşinyanın qələbəsini saxtakarlıq adlandırıb, qalib kimi özünü görən ermənilərin sabiq ikinci prezidenti Robert Koçaryan barədə qarşı tərəf artıq cavab tədbirləri həyata keçirilməyə başlayıb.

Belə ki, ötən gün Ermənistanın Sünik bölgəsindəki Karahunj kəndinin icma başçısı Lusine Avetyan 20 iyunda seçicilərə rüşvət vermək ittihamı ilə İrəvan məhkəməsi tərəfindən iki ay müddətinə həbs edilib. Bildirək ki, Lusine Avetyan özünün təqsirli olduğunu bəyan etsə də, amma o, icmanın dörd sakinini “Hayastan” blokunun kampaniyasında iştirak etməyə və daha sonra bu bloka səs verməyə məcbur etməkdə günahlandırılıb.

...Bu gün isə, ermənilərin hüquq-mühafizə orqnları yenə də “Hayastan” blokuna səs vermək şərti ilə kəndlilərə maddi dəstək verməkdə günahlandırılan Vorotan icmasının rəhbəri Suren Ohancanyanı qandallayıblar.

Ermənistanın İstintaq Komitəsi xəbər verir ki, icmasının rəhbərinin evində aparılan axtarış zamanı xeyli silah - sursat da aşkar edilib.

Qeyd edək ki, Suren Ohancanyanın erkən parlament seçkiləri zamanı əsas göstərişləri Gorusun bələdiyyə başçısı Aruş Aruşanyandan aldığı barədə də xəbərlər dolaşmaqdadır.

Onu da bildirək ki, bir müddət bundan əvvəl erkən seçkilərin nəticəsindən narazı qalan “təvazökar” Robert Koçaryan Ermənistanın Apellyasiya Məhkəməsinə şikayətçi düşmüşdü. Belə görünür ki, Nikol da onu cavabsız qoymaq niyyətində deyil.

Ermənilərin “təvazökar”lıq mücəssəməsindən isə hələ ki, səs-səmir yoxdur...

Agasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə