Bayden Rusiyanı hədələyib KİBERHÜCUMLARA GÖRƏ

Bayden Rusiyanı hədələyib KİBERHÜCUMLARA GÖRƏ

Vaşinqtonun məruz qaldığı kiberhücumlara görə Rusiya cavab verəcək. SİA xəbər verir ki, bu sözləri ABŞ prezidenti Co Bayden təkrar olaraq bəyan edib.

Jurnalistlər Amerika liderinə bir neçə həftə əvvəl Moskvanı ABŞ infrastrukturuna edilən haker hücumlarının nəticələri ilə hədələdiyini xatırladıblar və bunun həqiqət olub-olmadığını soruşublar. Bayden isə müsbət cavab verib, təsdiqləyib. İyun ayında Ağ Evin sözçüsü Cen Psaki isə ABŞ-ın Moskvanı cavab kiber zərbələri ilə xəbərdar etmək niyyətində olmadığını söyləyib.

Xatırladaq ki, cümə günü Ağ Evin sahibi Vladimir Putinlə telefon danışığı aparıb. Bu görüşdə liderlər kibercinayətkarlıqla mübarizə üzrə dialoqlarını davam etdiriblər və bu sahədə konstruktiv əməkdaşlığın zəruriliyini vurğulayıblar. Baydenə görə, kiber zərbələr “Rusiyada yerləşən” kiber cinayətkarlar tərəfindən həyata keçirilir. Amerika prezidenti hesab edir ki, Moskva hakerlərin fəaliyyətini yatırmaq üçün tədbirlər görməlidir.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə