Kaliforniyada 1 milyard dollardan çox dəyərində marixuana aşkarlanıb ki, burada onların cinayət ortaqlarının erməni qruplaşmaları olduğu müəyyən edilib. SİA xəbər verir ki, bu barədə "The Independent" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Kaliforniya Polis İdarəsi ən böyük basqı həyata keçirərək təxminən 1,2 milyard dollar dəyərində tonlarla marixuana aşkar edib.
Los Angeles dairəsi Şerifinin ofisi müvəffəqiyyətli əməliyyat həyata keçirib və əməliyyat prosesi şəhərin şimalındakı ərazidə 10 gün davam edib. Əməliyyata müxtəlif hüquq-mühafizə orqanlarından 400-dən çox insan cəlb olunub.
Mətbuat konfransında Şerif Alex Vilyanueva mütəşəkkil cinayətkarlıq barədə xəbərdarlıq edib.
“Onların bir çoxu narkotik alveri ilə məşğul olan Meksika təşkilatları ilə, eləcə də Asiya və Ermənistanda mütəşəkkil cinayətkar qruplarla birbaşa əlaqəlidirlər”, deyə Şerif jurnalistlərə verdiyi müsahibədə bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB