Haiti prezidentinin qətlində 26 kolumbiyalı və 2 amerikalı iştirak edib

Haiti prezidentinin qətlində 26 kolumbiyalı və 2 amerikalı iştirak edib

Polis Haiti prezidentinə qarşı sui-qəsdin 28 iştirakçısının kimliyini müəyyənləşdirib. SİA-nın AFP agentliyinə istinadən verdiyi xəbərə görə, qətldə iştirak edənlərin sayı daha çox ola bilər.

Polis Departamentinin başçısı Leon Çarl mətbuata açıqlamasında sui-qəsdçilərin arasında 26 nəfəri kolumbiyalı və 2 Haiti əsilli amerikalı olub. 17 nəfər saxlanılıb, daha səkkiz nəfər hələ də axlarışdadır. Polis əməliyyat zamanı yeddi şübhəlinin öldürüldüyünü bildirib. Məlumata görə, tutulan amerikalılardan birinin Kanadanın Port-a-Princedəki səfirliyinin keçmiş mühafizəçisi olduğu iddia edilir.

Prezidentin təhlükəsizlik xidmətinin rəhbərliyi isə sui-qəsd zamanı adekvat tədbir görməməkdə şübhəli bilinir. Xidmətin əməkdaşları dindirilməyə çağırılıb. “Prezidentin mühafizəçisi idinizsə, harada idiniz? Bunun qarşısını almaq üçün nə etdiniz?", - deyə paytaxt prokurorluğunun rəhbəri Bed-For Claude deyib.

Yerli medianın verdiyi məlumata görə, 12 güllə prezidentə dəyib. Lakin mühafizəçilərdən heç biri yaralanmayıb.

Qeyd edək ki, Prezidentə hücum iyulun 7-də gecə baş verib. Bir qrup sui-qəsdçi dövlət başçısının iqamətgahının ərazisinə daxil olub. Atışmada 53 yaşlı prezident Jovenel Moise ölümcül yaralanıb. Arvadı da yaralanıb və müalicə üçün ABŞ-a göndərilib.

Bütün xəbərlər Facebook səhifəmizdə