Dubayda böyük partlayış

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki Cəbəl Əli dəniz limanında dəmirlənmiş bir gəminin konteynerindəki partlayış nəticəsində yanğın baş verdiyi bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, mülki müdafiə qrupları partlayış nəticəsində ölən və yaralanan olmadığını açıqlayıb.

Partlayış və yanğın görüntüləri sosial mediada da əks olunub. BƏƏ-nin ən əhəmiyyətli limanlarından biri olan Cəbəl Əli limanı, Dubay şəhər mərkəzindən 30 kilometr məsafədə yerləşir.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə