Amerikanın Hərbi Hava Qüvvələri Moskvaya 20 dəqiqəyə çatmağı bacaran “AGM-183A Air-Launched Rapid Response Weapon” hipersəsli raketin sınaqlarını həyata keçirib.
Bu barədə “The Drive” nəşri məlumat yayıb.
Nəşrin yazdığına görə, sınaqlar Florida ştatındakı “Eqlin” Hava Qüvvələrində baş tutub. Qeyd edək ki, sınağın gedişində, digər mühüm məsələlərlə yanaşı, partlayışın gücü, onun yaratdığı məhv miqyası ilə əlaqəli məlumatlar da toplanılıb. Onu da bildirək ki, raketlə bağlı rəsmi məlumatlar hələ gizli saxlanılır, lakin “The Drive” nəşri onun “PBXN-110” partlayıcıdan istifadə edərək “Lethality Enhanced Ordnance” texnologiyası ilə istehsal olunduğunu istisna etmir.
Yeri gəlmişkən onu da deyim ki, bu ilin mart ayında Amerika nəşri ABŞ Hava Qüvvələrinin “B-52H Stratofortress” strateji bombardmançısından atılan bu raketin 20 dəqiqəyə Moskvaya, yarım saata isə Pekinə zərbə endirə biləcəyini bildirmişdi.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB