Qırğızıstanın bir hərbçisi Tacikistanla sərhəddə baş verən atışmada həlak olub
Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Mühafizəsi Xidmətinin bir hərbçisi Tacikistanla sərhəddə baş verən atışma nəticəsində həlak olub.
SİA-nın "Kabar"a istinadən verdiyi xəbərə görə, bu barədə Sərhəd Mühafizəsi Xidmətindən bildiriblər.
İlkin məlumata görə, Tacikistan tərəfindən də ölənlər və yaralananlar var. Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin Sərhəd Mühafizəsi Xidmətinin Batken vilayəti üzrə rəhbəri K.Tolonbayev hadisə yerindədir.
Bildirilir ki, Qırğızıstan və Tacikistanın sərhəd xidmətlərinin nümayəndələri insidenti araşdırmağa davam edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB