Çinli xakerlər ABŞ dövlətinin bir çox yüksək rütbəli məmurlarının şəxsi hesabına daxil olublar. Xəbəri \"Google\" şirkəti yayıb. Elektron poçt hesablarının hədəf alındığı hücumda şifrələri ələ keçirməyə çalışan xakerlər onların fəaliyyətini izləməyə çalışıblar. Hücumda \"Google\" şirkətinə heç bir ziyan verilmədiyi, ancaq bəzi şəxslərin şifrələrinin ələ keçirildiyi bildirilib. Çinli siyasətçilərin və digər Asiya ölkələrinin yüksək rütbəli məmurların da hesablarının hədəf alındığı verilən xəbərdə diqqət çəkən məqamlardandır. \"Google\" şirkəti hücumun qarşısının alınması ilə bağlı dövlət rəsmilərinə məlumat verdiklərini söyləyiblər. Xatırladaq ki, xakerlər \"Gmail\"ə bənzər saxta elektron ünvanlar hazırlayaraq şəxsi elektron ünvanlara daxil olmağa çalışıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB