Tramp Hitleri tərifləyib

ABŞ-ın keçmiş prezidenti Donald Tramp, yenidən haqqındakı fikirlərlə gündəmə gəlib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Trampla bağlı sonuncu iddia, “Vall street journal” qəzetinin əməkdaşı Mikael Bender'in kitabında öz əksini tapıb.

"HİTLER BİR ÇOX YAXŞI İŞ GÖRÜB"

Trampın, Birinci Dünya Müharibəsinin bitməsinin 100-üncü ildönümünü qeyd etmək üçün 2018-ci ildə Avropaya ziyarəti zamanı "Adolf Hitler'in bir çox yaxşı iş gördüyü" dediyi iddia edilir.
Hətta Trampın bu sözləri, o zamanki dövlət rəsmilərindən Con Kellini heyrətə gətirib.

TRAMP CƏBHƏSİNDƏN AÇIQLAMA

İddialara cavab verən Trampın sözçüsü Liz Harrinqton, "Tamamilə səhvdir. Başqan Tramp, əsla belə bir şey deməyib. Çox güman ki bacarıqsız və qovulmuş general tərəfindən uydurulmuş bir yalan xəbərdir" deyib.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə