Vladimir Putin Ermənistanın baş naziri ilə görüşüb

Vladimir Putin Ermənistanın baş naziri ilə görüşüb

Bu gün Rusiya Prezidenti Vladimir Putin Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla görüşüb.

SİA Kremlin yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Rusiya Prezidenti Paşinyanı Ermənistanda keçirilən seçkinin nəticələrinə görə təbrik edib.

Putin, eyni zamanda, bu gün keçiriləcək həm rəsmi, həm də qeyri-rəsmi görüş zamanı həlli tələb edilən məsələlər barədə ətraflı müzakirələrin aparılacağına ümid etdiyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə