İsrailin yeni Prezidenti and içdi və...

İsrailin yeni Prezidenti and içdi və...

İsrailin yeni Prezidenti İshak Hersoqun bu gün Knessetdə (parlament) andiçmə mərasimi keçirilib. SİA-nın məlumatına görə, yeni Prezident and içəndən sonra andiçmə mətnini imzalayıb.

Qeyd edək ki, İ. Hersoq bu il iyunun 2-də Knessetdə deputatların səsverməsindən sonra Prezident seçilib. O bu postda Reuven Rivlini əvəzləyib.

İsraildə Prezident postu bir dəfə olmaqla 7 il müddətinə nəzərdə tutulur. Prezident ikinci müddətə seçilə bilməz. Prezidenti vəzifədən ancaq parlament kənarlaşdıra bilər. Bunun üçün deputatların 3/4-ü onun impiçmentinin lehinə səs verməlidir.

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə