İspaniyada hökumət açıq razılıq olmadan hər cür cinsi əlaqəni təcavüz kimi təyin edən bir qanun layihəsi qəbul edib.
SİA xarici KİV-lərə istinadən xəbər verir ki, hökümət sözçüsü Maria Jesus Montero bildirib ki, qanunun susqunluq və passivliyin razılıq mənası vermədiyini, müxalif çıxmamağın qarşı tərəfin iradəsi xaricində hərəkət etmək üçün bir bəhanə ola bilməyəcəyini açıq şəkildə göstərir.
Qadın hüquqları qrupları tərəfindən uzun müddətdir ki, gözlənilən qanunla küçədə adına söz atmağı və fit çalmağı ilk dəfə cinayət kimi dəyərləndirilir. Qanun layihəsi həmçinin məcburi nikah və qadın sünnəti ilə bağlı məsələləri cinayət qəbul edir, eyni zamanda qadın alverinə qarşı qanunları sərtləşdirir.
Sosialist Baş nazir Pedro Sançez də qanun layihəsi təsdiqləndikdən sonra sosial mediada “Ölkəmizi qadınlar üçün daha azad və etibarlı bir yerə çevirək” şüarını səsləndirib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB