Okean cəhənnəmə döndü

Bu yaxınlarda Meksika körfəzində okeanın ortasında baş verən yanğının səbəbi barədə səlahiyyətlilərdən biri açıqlama yayıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Meksikanın dövlət neft şirkətinin rəsmisi Petroleos Mexikanos (Pemex) etdiyi açıqlamada, ildırım fırtınası və boru kəmərindəki eyni vaxtda qaz sızıntısının keçən həftə Meksika körfəzindəki yanğına səbəb olduğunu söyləyib.

Sualtı boru kəmərində baş verən sızmanın təbii qaz kimi okean dibində yığıldığı və okean səthinə çatdıqda ildırım çaxması ilə alovlandığı ifadə edilib. Pemex, Meksika körfəzindəki sualtı neft boru kəmərindəki partlayışdan sonra başlayan yanğının uzun səylər nəticəsində nəzarət altına alındığını açıqlayıb.

Ziya Hikmətoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə