Finlandiyanın Laplandiya bölgəsində 107 ilin ən yüksək temperaturu qeydə alınıb. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, Finlandiya Meteorologiya İnstitutu dünən ölkənin şimalındakı Laplandiya bölgəsində yerləşən Utsjoki-Kevo stansiyasında 33,6 dərəcə olduğunu bildirib. Bu bölgədə 1914-cü ildən bəri qeydə alınan ən yüksək temperaturdur. 1914-cü ilin iyul ayında ölkədə bilinən ən yüksək temperatur Laplandiyanın Inari Thule bölgəsində 34,7 dərəcə Selsi olaraq qeyd edilib.
Finlandiyanın qonşuları Norveç və İsveçin şimal bölgələri də isti hava kütləsinin təsirinə məruz qalıb. Bu həftə Norveçin Arktik dairəsinin Saltdal bölgəsində havanın temperaturunun 34 dərəcə selsiyə çatdığı bildirilib.
Ziya Hikmətoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB