Kosovodakı serblər küçələrə axışırlar ALBANLARIN HÜCUMLARINA GÖRƏ

Kosovodakı serblər küçələrə axışırlar ALBANLARIN HÜCUMLARINA GÖRƏ

Kosovska Mitrovitsa şəhərinin şimalında, serblərin yaşadığı hissəsində, vətəndaşlar millətçiliyin artması və albanlar hücumların artması ilə əlaqədar dinc etiraz nümayişinə çıxıblar. SİA xəbər verir ki, bu barədə Kossev portalı məlumat yayıb.

Qeyd edək ki, Serbiya hökumətinin Kosovo və Metohi ofisi 2 iyul tarixində bir qrup albanın Kosovonun Vucitrn qəsəbəsi yaxınlığında bir serb gəncinə hücum etdiyini, üzərində olan xaçını qopardıb onu ağır şəkildə döydüyünü, sonra xəstəxanaya yerləşdirildiyini bildirib. 13 yaşlı zərərçəkənin atası, özünü elan edən Kosovo respublikası polisinə şikayət edib.

"Bizim hərəkətimizə ayrı bir hadisə deyil, bu il baş verənlər səbəb olub. Bunların hamısı Kosovodakı serb icmasına qarşı yönəldilib və ilin əvvəlindən bəri bunların sayı 70 olub", deyə yürüşün təşkilatçılarından biri, Aleksandr Arsenieviç şikayətlənib.

Nümayişçilər Kosovodakı beynəlxalq təşkilatlardan insan haqlarına riayət olunmasına dair siyasi açıqlamalar verməyi dayandırmağa və "vəziyyəti birbaşa yerindəcə nəzarətdə saxlamağa" çağırıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə